Daha bir hərbçimizin şəhid xəbəri gəldi

XƏBƏR 16 fevral 2021, 16:21

Vətən müharibəsində itkin düşən müddətdən artıq xidmət edən hərbi qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya şəhidin əmisi Ziya Nurullayev məlumat verib.

O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq: “Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülüb.

Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində anadan olub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top