Distant təhsildə bel, kürək və göz sağlamlığını qorumağın YOLLARI

CƏMİYYƏT 21 sentyabr 2020, 11:44
Onlayn təhsildə şagirdlərin dərs zamanı istifadə etdikləri stol və stul çox önəmlidir. Masa üzərindəki monitor göz bərabərində və bir qol boyu məsafəsində, stulun kürək dəstəyi olmalıdır. Mütəxəssislər oturarkən belin içəriyə doğru olan əyilməsinin bel dəstəyi ilə dəstəklənməli olduğunu vurğulayırlar.

Həmin araşdırmanı təqdim edirik:

Distant təhsilə başlayan uşaqların evdə istifadə etdikləri masası və stulu doğru seçilməlidir. Dərs stolunun yüksəkliyi hesablanarkən masa və ayaq hündürlüyü arasında bir boşluq olmasının önəmli olduğunu deyən həkimlər “Yetişkinlərdə masa hündürlüyü adətən 70 sm civarında olarkən, uşaqlarda bu məsafə onun oturduğu sıradakı yüksəkliyə görə tənzimlənməlidir. Ayaqlar yerə tam dəyməli, boşluq olmamalıdır.
 
Stulun kürək dəstəyi olmalıdır

Ayaqların altında hərəkəti əngəlləməyəcək bir yer olmalıdır. Kreslo hər yerə çönəbilən, qol dayaqları və hündürlüyü tənzimlənən olmalıdır. Masa və kreslonun arxasında ən azı 3 metr boşluq olması rahat hərəkət etməyinə və yalnış hərəkətlərə qarşı qorumağa kömək edər.

Masa işıqları lazım ola bilər

Dərs çalışılan otaq işıqlı olmalıdır. Bununla yanaşı otaq havalandırılmalıdır. Çölə açılan pəncərə və ya havalandırılma sistemi olmalıdır. Kondisioner sistemləri uşağın boyun, kürək və belinə gəlməyəcək şəkildə yerləşdirilməlidir. İşıqlandırılma bəzən gözün yorulmasına və buna bağlı baş ağrılarına səbəb ola bilər.

Monitor göz bərabərliyində olmalıdır

Kompyuterlə dərs ediləcəksə monitor uşağın tam qarşısında və bir qol məsafəsi uzaqlığında olmalıdır. Dərs çalışarkən klaviatura və masada qolun düzgün hərəkəti önəmlidir. Yayılmış pozisiyada klaviatura ilə çalışarkən dirsək açılımı 100 dərəcədən çox olmalıdır. Əl biləkləri də işləyərkən düz olmalı sağa və sola əyilməməlidir. Oturarkən bədənlə ayaqlar arasında olan dərəcədə 130-un əhatəsində olmalı, əsla 90 dərəcədən aşağı olmamalıdır.

Fasilə sırasında hərəkət edilməlidir

Dərs aralarında boyun və kürəyi rahatlaşdıracaq məşqlər edilməlidir. 1 saatdan sonra dərsə ara vermək önəmlidir. Aralar 10-15 dəqiqədən az olmamalıdır. Ən azından pozisiya dəyişilməli və sabit duruşdan uzaq durulmalıdır.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top