Qazaxlı gənc Türkiyədə itkin düşdü - Atasının müraciəti - FOTO

CƏMİYYƏT 11 sentyabr 2020, 09:23

Türkiyədə yaşayan 28 yaşlı azərbaycanlı Elnur Qələndərli uzun müddətdir itkin düşüb. Bu barədə “Report”a onun atası Əziz Qələndərli xəbər verib.

Onun sözlərinə görə, oğlu ilə əlaqə 2016-cı ilin martında kəsilib: “Oğlum 1992-ci ilin iyulun 22-də Qazax şəhərində doğulub. Qazax şəhərində marketdə işləyib. 2016-cı il fevralın sonunda İstanbula gedib. Üsküdarda işləməyə başlayıb. Tez-tez telefonla danışırdıq. Martın əvvəlində zəng etdik, telefonu bağlı idi. Həmin gündən indiyə kimi ondan heç bir xəbər ala bilmədik”.  

Oğlu ilə əlaqəsi kəsilən Ə.Qələndərli onu axtarmaq üçün İstanbula gedib: “Elə həmin ildən İstanbula gedərək, oğlumu itkin düşdüyü şəhərdə axtarmağa başladım. Türkiyənin bir çox şəhərlərinə getdim. Polisə də müraciət etdim. Onlar da axtarırlar. Lakin ondan heç bir xəbər yoxdur. Oğlumu tanıyan, yerini bilən hər kəsdən kömək gözləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top