“WhatsApp” istifadəçiləri naməlum şəxslərdən gələn mesajlara baxdıqları üçün tətbiqin fəaliyyətində problemlə üzləşiblər.
Bu barədə “WABetainfo” portalı yazıb.
Belə ki, hakerlərin hazırladıqları mesaj şəklində olan spamlara baxan istifadəçilər “WhatsApp”ın fəaliyətini bilməyərəkdən dayandırmış olurlar.
Bu problemi həll etmək üçün isə tətbiqi silib yenidən yazmaq lazım olur.
Məlum problemi yaşamamaq üçün istifadəçilərin tanımadıqları şəxslərdən göndərilən mesajları açmaması tövsiyə olunur.
Həmçinin tətbiqdə kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə olunmasına qadağa qoymaq funksiyasını də işə salmaq lazımdır.BAKU.WS