ITAC-ın Sumqayıt şəhərində yeni filialı açıldı - FOTOLAR+VİDEO

XƏBƏR 14 noyabr 2026, 22:30

Cambridge University Press and Assessment-in Azərbaycandakı rəsmi nümayəndəsi və imtahan mərkəzi olan ITAC-ın Sumqayıt şəhərində yeni filialının açılış mərasimi keçirilib.

Koroğlu prospekti 625B ünvanında fəaliyyətə başlayan yeni filialın açılış mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə ilk olaraq ITAC Sumqayıtın rəhbəri İqbal Mirzəyev çıxış edərək mərasimə qatılan qonaqlara təşəkkürünü bildirib, mərkəzin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Daha sonra ITAC Bakı mərkəzinin rəhbəri Həsrət Şıxbabayev çıxış edərək yeni filiala etimad göstərən, övladlarının təhsilini ITAC-a həvalə edən valideynlərə minnətdarlığını ifadə edib.

Tədbirdə çıxış edən digər qonaqlar da yeni ingilis dili mərkəzinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edərək uğurlar arzulayıblar.

Rəsmi çıxışlardan sonra filialın açılışını bildirən rəmzi lent kəsilib. Ardınca ITAC tərəfindən təşkil olunan imtahanlarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıblar.

Şagirdlər musiqi ifaları və hazırladıqları xüsusi təqdimatlarla tədbirə rəng qataraq yeni filialın açılışını təbrik ediblər. Daha sonra onların hazırladıqları stendlərə baxış keçirilib. Şagirdlər öz layihələri və təqdimatları haqqında qonaqlara ingilis dilində məlumat veriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.







DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top