
Qazaxda abadlıq və quruculuq işləri aparılan daha bir ünvan ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın qarşısıdır. Belə ki, parkın giriş hissəsi yenidən qurulub. Sözügedən əraziyə tamet döşənib, bardür düzülüb. Parkın girişində olan sütunların üzəri yenidən abadlaşdırılaraq müasir və göz oxşayan formada yığılıb. Əraziyə müasir oturacaqlar və zibil qabları qoyulub, müasir işıqlandırma sistemi quraşdırılıb. Gül kolları əkilib, yaşıllıq salınıb. Həmin ərazidən fotoları təqdim edirik:




