
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət etmək niyyətindədir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Paşinyan İstanbulun erməni icmasının nümayəndələri ilə görüşdə danışıb.
“Türkiyə prezidentinə bu səfərə görə minnətdarlığımı bildirməyə, eyni zamanda, Ərdoğanı gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştiraka dəvət etməyə hazırlaşıram. Tarix hələ dədiqləşdirilməyib. Ümid edirəm ki, Türkiyə lideri ilə növbəti görüş artıq Ermənistanda olacaq”, - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, N.Paşinyan iyunun 20-də Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib. O, səfər çərçivəsində İstanbulda Ərdoğanla danışıqlar aparıb.