Hərbçini qətlə yetirən şəxsə hökm oxundu

XƏBƏR 13 dekabr 2024, 14:24

Ağstafa rayonunda Azərbaycan ordusunun hərbçisi, müddətdən artıq hərbi qulluqçu Orxan Əlizadəni qətlə yetirən 35 yaşlı Baloğlan Bukvadzeyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Bukvadzeyə 11 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafanın Saloğlu qəsəbəsində küçədə B.Bukavadze ilə rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb.

Bu zaman B.Bukvadze ilə digər avtomobildəki sərnişin Orxan Əlizadə arasında münaqişə yaranıb. Münaqişə zəminində sürücü hərbi qulluqçu olan Orxana zərbə endirib.

Yerə yıxılan Orxanın başı qaz borusuna dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbçi orada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top