İcra başçısı şəhid ailələri və qazilərlə bağlı tapşırıq verdi - FOTOLAR

XƏBƏR 06 iyul 2024, 13:57

Vətən müharibəsi iştirakçılarının sosial problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qazilərlə görüşü davam edir. 

“Qafqazinfo” xəbər verir ki, növbəti görüşdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərliyinin Vətən müharibəsi iştirakçılarının sosial rifahının yüksəldilməsinə önəm verdiyini bildirib.

Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfər ediblər. Daha sonra söz alan qazilər müharibədən sonra dinc həyata adaptasiya olunmaqda üzləşdikləri çətinliklərdən söz açıblar.

Qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan bu qurumlara müvafiq müraciətlərin ediləcəyi bildirilib.

Digər məsələlərlə əlaqədar isə Ağstafa rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə bir sıra tapşırıqlar verilib.








DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top