Qazaxda 26 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

XƏBƏR 16 iyun 2024, 13:25

Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətində suvarma işləri aparan zaman su nasosında yaranan elektrik sızması nəticəsində cərəyan onu vuraraq öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top