Ağstafada işsiz vətəndaşlara mal-qara verilib

CƏMİYYƏT 01 sentyabr 2020, 16:51
Ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara  biznes-planlarına uyğun olaraq mal və materialların verilməsi işləri davam etdirilir.
Qerbinfo.com xəbər verir ki, Ağstafa rayonunda da bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində daha altı aztəminatlı ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün xırda buynuzlu heyvanlar verilib.
Vətəndaşlara verilən heyvanların sağlamlığına dair baytar arayışları təqdim edilib. Xırda buynuzlu heyvanlar təqdim olunarkən müvafiq aktlar tərtib olunub, vətəndaşlar verilən heyvanlardan razılıqlarını aktı imzalamaqla təsdiq ediblər.
Ağstafalı ailələr onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilməklə il boyu davam etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top