
Qazaxda 5 yaşlı uşaq qəfildən vəfat edib.
Publika.az xəbər verir ki, 3 gün əvvəl saat 15 radələrində rayon ərazisindən 2018-ci il təvəllüdlü Ayxan Vəliyev ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardıma baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, vəfat edən uşaq Qazax Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyevin oğludur.
Ölüm hadisəsi ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.