
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı çöküb.
Bu barədə “Azərbaycan müəllimi” məlumat yayıb.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər:
“Hadisə zamanı xəsarət alan olmayıb. Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir”.