Şəhid Hüseyn Xanməmmədovun xatirəsinə tikilən bulağın açılış mərasimi keçirilib - VİDEO

XƏBƏR 15 fevral 2025, 20:23
Antiterror əməliyyatlarında şəhid olan Hüseyn Mayıs oğlu Xanməmmədovun xatirəsinə inşa olunmuş bulağın açılışı keçirilib.
Açılış mərasimində şəhidin ailəsi, Mingəçevirin və Zaqatala rayonunun şəhid ailələri üzvüləri, şəhidin döyüş yoldaşları, şəhidin övladının oxuduğu 6 nömrəli məktəbin müəllim, şagird kollektivi, İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov, media nümayəndələri, Mingəçevir YAŞA mərkəzinin üzvüləri, Gənc qazilər İB üzvüləri iştirak ediblər.
Daha ətraflı videomaterialı təqdim edirik:

Qeyd edək ki, Şəhid Xanməmmədov Hüseyn Mais oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 29-12-2020-ci ildə Suqovuşanın azad olunmasına görə medalı, 18-12-2020-ci ildə Cəsur Döyüşçü medalı, 07-11-2023-cü ildə isə Vətən Uğrunda medalı və “3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunub. Hüseyn Xanməmmədov 1985-ci ilin 20 sentyabrında Zaqatala rayonu Qımır kəndində dünyaya göz açıb. 8 ilin hərbiçisi Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olub və Zaqatalada dəfn edilib. O, öz doğum günündə torpağa tapşırılıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top