İyulun ortasında Qazax... - Video

XƏBƏR 16 iyul 2025, 09:32

Ölkənin qərb bölgəsində hava şəraiti kəskin dəyişib.

Güclü külək səbəbindən Qazaxın mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Ağstafa və Tovuzda da küləkli hava şəraiti müşahidə olunur.

Qeyri-sabit hava şəraiti səbəbilə Ağstafada elektrik enerjisinin verilişində qısa fasilələr müşahidə olunmaqdadır.

Tovuzda isə küləyin şiddəti artır. Bu dəqiqələrdə küləkli hava şəraiti davam etməkdədir

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün paytaxtda havanın temperaturu 38 dərəcəyədək yüksəlib.

Hazırda isə Qazaxda vəziyyət belədir:


qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top