Kamran Əliyevdən yeni prokuror - Təyinatları

XƏBƏR 15 iyul 2025, 15:55

Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib.

Bu barədə baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı Şəhər Prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi, daha öncə isə Sabirabadın prokuroru vəzifəsində çalışıb.

K. Əliyevin digər əmri ilə Mingəçevirin sabiq prokuroru baş ədliyyə müşaviri Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Bundan başqa, baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top