
Ağstafada 22 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Qırılı kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Şəhanə İsmayılova yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsini silərkən taxta pilləkəndən yıxılıb. Hadisə nəticəsində ağır-kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib. Xatırladaq ki, Ş.İsmayılovanın bir yaşlı qızı ötən ay, iki yaşlı oğlu isə keçən il qəfil dünyasını dəyişib.