1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA

XƏBƏR 10 iyul 2025, 09:27

Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.

Sözügedən situasiya ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:

"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".

Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
05 iyul 09:37
Top