Ağstafada məhsul bayramı keçirildi

XƏBƏR 02 iyul 2025, 09:19
Ağstafa şəhər Heydər Əliyev adına istirahət parkında təşkil olunan tədbir əsl bayram coşqusu ilə yadda qalıb. Milli musiqi alətlərinin sədaları altında hazırlanan Məhsul bayramında heyvandarlıq, əkinçilik, arıçılıq və digər kənd təsərrüfatı  eyni zamanda yerli şirkətlərin istehsalı olan məhsullarının da sərgi satış yarmarkası təşkil olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, Ağstafa aqrar rayondur və burada istənilən növ kənd təsərrüfatı məhsulunu yetişdirmək üçün münbit torpaq və iqlim şəraiti vardır. Bütün növ iqtisadi göstəriciləri ildən ilə artan Ağstafada Məhsul bayramını qeyd etmək bütün zəhmətkeşlərin və rayon sakinlərinin ürəyincədir. Yerli fermerlərin və aqrar sektor üzrə şirkətlərin təqdim etdiyi 20 dən artıq stenddə məhsullar bazarlara nisbətən alıcılara  sərfəli qiymətə təklif olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
05 iyul 09:37
Top