Qaxda əməliyyat - İcra başçısı saxlanıldı+ Yenilənir

XƏBƏR 20 iyun 2025, 15:16

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

“Qafqazinfo” News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top