Ağstafada qətldə şübhəli bilinən qadın tutuldu - VİDEO

XƏBƏR 10 yanvar 2025, 09:27

Ağstafada qətl törədən qadın saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 9-da gecə saatlarında rayonun Dağkəsəmən kəndində 61 yaşlı Fatma Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top