![](https://cdn.qerbinfo.com/uploadedfiles/custom/2023/7/13/1/8c74d9ff-410d-4e9b-9cbc-9a91b4decbf3/suret-qatari-baki-agstafa.jpg)
“Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, əlavə təyin edilən qatarlar mayın 4-də saat 09:15-də Bakıdan- Ağstafaya, mayın 5-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Həmçinin, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlarımız da hər həftəsonu xidmətinizdədir.