Qusarda "TikTok" videosu çəkən sürücü qəzada öldü - VİDEO

XƏBƏR 20 iyul 2024, 14:15

Qusarda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Əcəxuroba kəndində baş verib. 27 yaşlı Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə 29 yaşlı Xaspoladov Albert Azik oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə A. Xaspoladov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, dünyasını dəyişən A. Xaspoladov "TikTok" üçün video çəkirmiş. Bu zaman o, qəfil manevr edərək, qəza törədib.

Hazırda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top