Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı

XƏBƏR 01 avqust 2024, 11:56

Yevlaxda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Qerbinfo.com-a verilən xəbərə görə, iyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçılırması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.  

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top