UEFA Konfrans Liqası: "Zirə", "Sumqayıt" və "Sabah" ilk matçına çıxır

XƏBƏR 25 iyul 2024, 09:19

Bu gün üç komandamız UEFA Konfrans Liqasında mübarizəyə start verir.

Komandalarımızdan ikisi "Sumqayıt" və "Zirə" doğma meydanda, "Sabah" isə səfərdə oynayacaq.

"Zirə" - "Dunayska Ştreda" görüşü Bakı vaxtı ilə saat 19:30-da, "Sumqayıt" - "Fehervar" matçı saat 20:00-da, "Sabah" - "Makkabi Hayfa" qarşılaşması isə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçları isə iyulun 31-də baş tutacaq.

25 İyul

"Zirə" - "Dunayska Ştreda"

Saat 19:30, "Dalğa Arena"

"Sumqayıt" - "Fehervar"

Saat 20:00, "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"

"Makkabi Hayfa" - "Sabah"

Saat 21:15, "Sammy Ofer Stadium"

Oxu.az
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top