Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

XƏBƏR 26 iyul 2024, 16:08

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Qerbinfo.com bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, əlavə təyin edilən qatarlar iyulun 29-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyulun 30-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top