Ağstafada avtomobilin vurduğu piyada öldü

XƏBƏR 21 iyul 2024, 20:06

Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, 92 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top