Şəhid olduğu deyilən əsgəri həyata qaytaran həkim - VİDEO

XƏBƏR 21 sentyabr 2023, 10:29
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Vətən müharibəsində həkim kimi xidmət göstərən Tural Abbaszadə Baku TV-yə müsahibə verib. Müharibənin ilk günündən cəbhəyə yollanan həkim həmin dövrdə yaşadığı unudulmaz anlardan danışıb. “Bütün müayinə və müalicələri saysaq, ilk günlərdə elə olub ki, 200-ə yaxın xəstəyə baxmışıq”, – deyə cərrah qeyd edib. T.Abbaszadə şəhid olduğu deyilən əsgəri xilas etməsindən də bəhs edib: “Aşağı ətraflarının ciddi zədələnməsi var idi. Əməliyyat masasında keçindiyini dedilər. Qonşu otaqda əməliyyatımı bitirib, çıxdım, ürək masajı etdim. Daha sonra şprislə ürəyinə adrenalin vurdum, əsgər ayıldı”.​

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top