Şahin Şıxlinski axtarışa verildi - Foto

XƏBƏR 30 iyul 2025, 14:51

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, o, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışa verilib. Lakin diaspor rəhbəri barəsində konkret hansı maddə üzrə axtarış aparıldığı qeyd olunmayıb.

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.
sahin-sixlinski-axtarisa-verildi

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top