Bu rayonların prokurorları dəyişmədi

XƏBƏR 27 iyun 2025, 10:47

Bir neçə rayonun prokuroru yenidən eyni vəzifəyə təyin edilib.

Qerbinfo.com xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə altı rayonun prokuroru ikinci səlahiyyət müddətinə vəzifəsində saxlanılıb.

Belə ki, Səadət Rüstəmova Qobustan, Anar Cəfərov Ağstafa, Nazim Babayev Qəbələ, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax, Vasif Süleymanov isə Ağdam rayon prokuroru vəzifəsinə yenidən təyin olunublar.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top