Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır

XƏBƏR 26 may 2025, 15:38

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır.

Hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb.

Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb:

"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla görüş keçirilib".

Hüquq-mühafizə orqanlarının insidentlə bağlı araşdırma apardığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top