Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

XƏBƏR 16 may 2025, 11:20

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qəbul saat 11:00-da Qazax rayon Ədəbiyyat muzeyində (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinə (əlaqə vasitələri: (055) 300 99 82, (022) 312 38 91, [email protected][email protected]) müraciət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top