
İyunun 18-də Ağstafa rayon Poylu kəndi ərazisindən "Mercedes" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Ə.Abbasəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ə.Abbasəliyev həmin avtomobillə qəza törədib. O, maşını kənd ərazisindəki evlərdən birinin divarına çırpıb.