Seymur Orucov rayon bazarında olub - FOTOLAR

XƏBƏR 17 iyun 2024, 08:30

16-17 iyun tarixlərində Qurban bayramı günlərində ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur.

Qerbinfo.com xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov bayram günlərində rayonda heyvanların satışı və kəsimi məntəqəsində, eləcə də mərkəzi bazarda mövcud şəraitlə tanış olub.

Bildirilib ki, rayonda məntəqə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunur.

 






DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top