Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

XƏBƏR 13 iyun 2024, 12:10

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Qerbinfo.com-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top