Qazaxda vəzifəli təhsil işçilərinə cinayət işi açıldı

XƏBƏR 07 iyun 2024, 16:00

Qazaxda təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Qerbinfo.com rayon prokurorluğuna istinadən xəbər verir ki, Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top