Restoranda iki yeniyetmə döyüldü

XƏBƏR 22 iyul 2025, 12:24

Göygöl rayonunun Aşıqlı kəndində yerləşən restoranlardan birində iki yeniyetmə döyülüb.

Qerbinfo.com APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü R.Mustafayev və İ.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlara dərhal tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top