Prezident dövlət agentliyinə 2,1 milyon manat ayırdı

XƏBƏR 22 iyul 2025, 13:52

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul - Bəhrəmtəpə - Mincivan (10 km) - Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Qerbinfo.com bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul - Bəhrəmtəpə - Mincivan (10 km) - Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2.1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top