Xeyrımlıda sərhədçi evləri quraşdırılır - Video

XƏBƏR 24 may 2024, 15:30

Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı və kənddən görüntüləri erməni jurnalist Ani Gevorqyan öz feysbuk hesabında paylaşıb. 

Görüntülərdə Kirantsda sərhədçilər üçün evlərin quraşdırılması işləri də əks olunub.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin - Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Onu da xatırladaq ki, ən son məlumata görə, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top