"Ən böyük istəyim Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən olumasını sürətləndirməkdir" - Qazaxlı genetik araşdırmacı

XƏBƏR 02 oktyabr 2023, 09:53

Qerbinfo.com saytı olaraq istedadlı gənclərimizi tanıtmağa davam edirik.
Budəfəki müsahibimiz Türkiyənin Cərrahpaşa Adli Tibb və Adli Bilimlər instutunda təhsil alan Ülviyyə Mustafayevadır. 
Ülviyyə Mustafayeva ilə müsahibəni təqdim edirik:


Mən, Ülviyyə Mustafayeva 1990-cı ildə Qazax rayon Yuxarı Salahlı kəndində dünyaya göz açmışam. 2001-ci ilədək Qazax rayonu Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri üzrə məktəb-liseydə təhsil almışam. 2001-2007-ci illərdə təhsilimi Bakı şəhəri 211 saylı orta məktəbdə davam etdirmişəm. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin biologiya ixtisasına daxil oldum. Bakalavr təhsilimdən sonra Sumqayıt Dövlət Universitetində magistr təhsilimə başladım. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda biokimya ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşam. Burada həm doktorant, həm də elmi işçi kimi işləmişəm. Həmin dövrdə bir sıra elmi məqalələrin müəllifi olmuşam. Eyni zamanda qida təhlükəsizliyi ilə bağlı araşdırmalar etmişəm.

Araşdırma etdiyim müddət ərzində daima fərqli yeni axtarışlar marağında olduğumdan xaricdə nələr edə biləcəyimi həmişə özümə sual verirdim. Və bu axtarışlar məni "İstanbul Universiteti Cərrahpaşa Adli Tip və Adli Bilimler İnstitutuna" gətirdi. Yəni Elmlər Akademiyasındakı fəaliyyətimə son verib, burada yenidən tam fərqli araşdırma yolunu seçdim. Bu yolu seçməyimdə ən önəmli faktorlardan biri də sevimli şairimiz Mikayıl Müşviqin qəbrinin tapılması ilə bağlı oldu. Araşdırma etdikdən sonra qətiləşdirdim və sənədlərimi indiki universitetimə göndərdim. 2019-cu ildə qəbul oldum və yeni araşdırma yolum başladı. "İstanbul Universiteti Cərrahpaşa Adli Tip və Adli Bilimlər İnstitutu" Türkiyənin məhkəmə tibbi ekspertiza üzrə ən önəmli təhsil ocaqlarından olmaqla Türkiyədə açılması imkansız görünən və daim ölkə gündəmində diqqət çəkən cinayətlərin açılması üçün ilk ağla gələn elm ocaqlarındandır. Burada çalışan elm insanları ilə daim ünsiyyətdə olmaq, onlarla fikir mübadiləsi aparmaq mənim uğurlu doktor adli tip uzmanı olaraq yetişməyimdə önəmli rol oynamışdır. Hazırda laboratoriyamızda bütün kriminalistika üzrə testlər və onların analizi uğurla aparılır. Mənim araşdırdığım mövzu isə istənilən bioloji nümunədən genetik insan üzü profilinin çıxarılmasıdır. Bu araşdırma dünya üzrə aparılan ən nadir araşdırmalardan olmaqla kriminalistika sahəsinə uğurla tətbiq olunacaqdır. Və bu araşdırma sayəsində indiyə qədər açılmamış və açılması mümkünsüz görünən cinayətlərin açılması mümkün olacaqdır. Çünki bu araşdırmaya əsəslanaraq cinayətlərin daha tez və doğru tapılmasına əvəzsiz kömək edəcəkdir. Düşünürəm bu iş Azərbaycan Ədliyyə sistemində uğurla tətbiq oluna bilər. Azərbaycanda qaranlıq qalmış cinayət işlərinin açılması və gələcəkdə Azərbaycan məhkəmə tibbi ekspertiza sahəsi üçün yeni yol, yeni işıq olar. Laboratoriyamızda Azərbaycan populyasiyasına yönəlmiş olan bir neçə çalışmada aktiv iştirak etmişəm. Bir sıra elmi konsfranslara qatılmışam. Sahəmlə bağlı olan yerli və beynəlxalq dərnək və topluluqların aktiv üzvü olaraq Azərbaycanı təmsil edirəm. Dünyada ilk azərbaycanlı olaraq məhkəmə tibbi ekspertiza genetik identifikasiyası üzrə qadın doktor olaraq bu işlərin daha yüksək səviyyədə yerinə yetirilməsi üçün yeniliklər axtarışındayam.


Fotoda: Həyat yoldaşı Nizami Əzizovla birlikdə
İstanbulda yaşadığım müddət ərzində dünya üzrə birincilərdən olan beynəlxalq "Adli Tıp şirkətində Ar-Ge" komandasının aktiv araşdırmacısı və üzvü olmuşam. Araşdırmalarıma əsaslanan və istehsal olunan cihazlar dünyanın müxtəlif ölkələrində hava limanlarının təhlükəsizlik sistemlərində, eyni zamanda ölkələrin daxili polis sistemində uğurla tətbiq olunaraq cinayətlərin açılmasında önəmli rol oynayır.  Eyni zamanda çox istəyirəm ki, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən olunması kimi əhəmiyyətli işlərin aparılmasının sürətləndirilməsinə öz tövhəmi verim. Azərbaycanlı olaraq çox istərdim ki, bu sahənin inkişafına öz tövhələrimi verim. Bunun üçün ilk olaraq bu sahə üzrə xüsusi institut yaradılması ilə başlanmalıdır. Bu sahədə ixtisaslı kadrların olması mütləqdir. Hazırda bir sıra elmi məqalələrin müəllifiyəm. Dünyanın bir çox önəmli laboratoriyaları ilə qarşılıqlı aktiv araştırmalara davam edirəm. 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top