Firdovsi Umudov bu federasiyaya vitse-prezident təyin olundu

XƏBƏR 28 sentyabr 2023, 18:08

Azərbayca Ağır Atletika Federasiyasının yeni prezidenti müəyyənləşib.

Azərbaycan Sənaye Korporasiyası ASC-ni baş direktoru, sabiq millət vəkili Kamran Nəbizadə federasiyanın rəhbəri seçilib.

O bu postda Ali Məhkəmənin Sədri İnam Kərimovu əvəzləyib. Həmçinin federasiyanın vitse-prezidentləri də məüyyənləşib.

Azərbaycanın əməkdar məşqçisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov və “Silk Way Group”un vitse-prezidenti Mirsəməd Mövsümzadə vitse-prezidentlər təyin edilib.

Həmçinin federasiyanın adı da dəyişdirilib. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlanacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top