Vəkillər Kollegiyasına mətbuat katibi təyin edildi

XƏBƏR 04 sentyabr 2023, 11:53

Vəkillər Kollegiyasına yeni mətbuat katibi təyin edilib.

Qerbinfo.com-un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, tanınmış jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "Report" İnformasiya Agentliyi olub. Jurnalist həmin Agentlikdə redaktor vəzifəsində işləyib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top