Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edilir - Tarixlər

XƏBƏR 31 avqust 2023, 10:27

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 2-3 sentyabr tarixlərinə əlavə qatar reysləri təyin edib.

Qurumun məlumatına görə, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top