Rəşad şikayət hüququndan istifadə etmədi, “zon”a köçürülür

XƏBƏR 24 avqust 2023, 09:46

Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.

Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya həddində (CM-nin 120.1-ci maddəsi ilə 9 il, 228.4  6 ay) həbs cəzası təyin edilib. Görünür Rəşad Dağlı hökmdən razı qalıb, bu səbəbdən yenidən hakim qarşısına çıxmaq istəməyib.

Qanunvericiliyə görə, tərəflər bundan sonra apellyasiya şikayəti vermək istəsələr, müddətin bərpa edilməsi üçün əsaslı səbəblə məhkəməyə müraciət etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top