Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB

XƏBƏR 17 oktyabr 2020, 09:09

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Qerbinfo.com "report"a istinadla xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.
Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

***     04:10

Ermənistan tərəfində Gəncəyə ballistik raketi hücumu nəticəsində ölənlərin sayı atıb. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev açıqlayıb.

"10-dan çox mülki şəxs öldürülüb, təxminən 40 nəfər yaralanıb. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır", - deyə H.Hacıyev bildirib. 


03.44

Düşmənin raket hücumu nəticəsində Gəncədə həlak olanların sayı 6-ya çatıb. 

Bunu “Haber Global” telekanalına müsahibəsində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, dağıntılar altında qalanlar və axtarış-xilasetmə işləri davam etdirilir. 

H.Hacıyev Mingəçevirə düşmən tərəfindən edilən hücumla bağlı da danışıb:

“Mingəçevirə 5-6 raketin atıldığı qeyd edilir. Onlar Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib. Bu hücumlar Ermənistan hərbi-siyasi hakimiyyətinin əsl üzünü göstərir. Xocalıdan bu günə qədər Ermənistan Azərbaycan xalqına qarşı qətliam siyasətini yürüdür”.

02.49

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 35 nəfər xəsarət alıb. 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, ölənlərdən ikisi uşaqdır:

“Axtarış-xilasetmə işləri davam etdirilir. Ermənistan terror və müharibə cinayətlərini davam edir”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top