DİM: "699,5 balla ölkə birincisi olduğu deyilən adam ümumiyyətlə imtahana gəlməyib"

XƏBƏR 18 iyun 2024, 14:50

"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.

-18.06.2024

Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.

Bu barədə Cənublu.az məlumat paylaşıb.

Qeyd olunub ki, Lerik rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top