Bu rayonda qaz olmayacaq

XƏBƏR 23 may 2024, 10:52

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı 23.05.2024-cü il tarixində saat 10:00-dan 25.05.2024-cü il tarixində (3 gün müddətində) işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye”, “Çinarlı əhali”, “Çinarlı Sənaye”, “Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Qerbinfo.com-a “Azəriqaz” İB-dən bildirilib.
Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün müddətində müvəqqəti fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top