Firdovsi Umudov "Kürmük" klubunun təlim-məşq mərkəzində - FOTO

XƏBƏR 08 iyun 2025, 10:52

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən "Kürmük" klubunun təlim-məşq mərkəzində olub.
Qerbinfo.com
xəbər verir ki, klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı Firdovsi Umudova məlumat veriblər.
Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur. Firdovsi Umudov bölgələrimizdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb. Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top