
Bu gün Bakıda qadın taksidə uşaq dünyaya gətirib.
Qerbinfo.com xəbər verir ki, bu barədə 189 taksi şirkəti "Facebook" səhifəsində paylaşım edib: "Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün 189 taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırır. Hal-hazırda körpənin və ananın vəziyyəti yaxşıdır. Ailəyə gözaydınlığı, sürücümüzə isə sonsuz təşəkkürlərimizi bildiririk! Lazım olan anda sizə xidmət etməkdən qürur duyuruq!".