Ağstafada avtomobil ağaca çırpıldı, ölən var

XƏBƏR 01 may 2024, 08:13

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2005-ci il təvəllüdlü Məmmədov Murad dünyasını dəyişib. Qəza nəticəsində 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nürəddin oğlu və 2003-cü il təvəllüdlü Hüseynov Sənan Cavanşir oğlu xəsarət alıb və onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top